Sionist İsrailin müdafiə naziri Yoav Gallant iddia edib ki, ABŞ ordusu İrana qarşı mümkün cavab tədbirləri zamanı sionist İsrailə kömək etməyə “çox hazırdır”.
Az.rasthaber.com xəbər verir ki, İranın sionist İsrailə qarşı mümkün cavab tədbirləri gündəmdə qalarkən, müdafiə naziri Qalant sionist İsrail Hərbi Hava Qüvvələrinə məxsus bazaya baş çəkib.
Müdafiə Nazirliyindən verilən açıqlamada Qallantın hava bazasına baxış keçirdikdən sonra gündəmlə bağlı qiymətləndirmələr apardığı bildirilib.
Gallant bildirib ki, sionist İsrail ordusu “müdafiə hazırlığını təkmilləşdirib və hücum imkanlarını kəskinləşdirib”.
İrandan ola biləcək cavab tədbirləri ilə bağlı koordinasiya üzərində çalışdıqlarını bildirən Qalant, ABŞ Müdafiə naziri Lloyd Ostin və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla ilə son görüşlərinə işarə edib.
Gallant ABŞ ordusunun İranın mümkün cavabında sionist İsraili dəstəkləmək istədiyini bildirib və deyib:
"Onlar (ABŞ) İranın mümkün cavabında kömək etməyə çox hazırdırlar. Bu əməkdaşlıq kritik elementdir".
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.
İran və HƏMAS hücumun arxasında sionist İsrailin olduğunu bəyan edib və Tehran Tel-Əviv rəhbərliyinə cavab verəcəyini açıqlayıb.