Qalibaf: İslam ümmətinin xəstəliklərinin dərmanı vəhdət və həmrəylikdir

Qalibaf: İslam ümmətinin xəstəliklərinin dərmanı vəhdət və həmrəylikdir

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Fələstin məsələsini İslam dünyasının ən mühüm prioriteti adlandırıb.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, o, İslam Əməkdaşlığı Təşkilatının iclasında bəyan edib ki, müqavimət cəbhəsi İsrail rejiminin dağılmasına səbəb olacaq.

Parlament üzvləri xalqın təmsilçiləri kimi müsəlman ölkələrin inteqrasiyasında əsas rolu oynamalıdırlar”, - deyə o bildirib və qeyd edib ki, birlik və həmrəylik İslam ümmətinin xəstəliklərinin dərmanıdır.

Onun sözlərinə görə, İsrail rejiminin tərəfdarı olan Böyük Britaniya Şimali və Cənubi Amerikalarda, Avstraliyada yerli sakinlərə qarşı soyqırımlar törədərək onları qırıb və hazırda oxşar proqram Fələstində də həyata keçirilir.

Lakin sionistlər, bir çox Qərb ölkələrinin bu layihəyə dəstəyinə baxmayaraq, yekun hədəflərinə çata bilməyiblər”, - deyə Qalibaf vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR