Qalibaf: İslam İnqilabı çətinliklərə baxmayaraq irəliləyir

Qalibaf: İslam İnqilabı çətinliklərə baxmayaraq irəliləyir

İslam Şurası Məclisinin sədri, İran İslam İnqilabının bütün çətinliklərə baxmayaraq güclü vəziyyətdə irəlilədiyini ifadə edərək, müvəffəqiyyət olduğu zaman bunun inanc və ideoloji prinsiplərə güvənməsindən qaynaqlandığını vurğulayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bu gün (şənbə) Şərqi Azərbaycan vilayətinin Təbriz Şəhərinin Universitetinin Vəhdət zalında Şeyx Məhəmməd Xiyabaninin şəhadətinin 100 illiyi konfransında deyib ki, Şeyx Məhəmməd Xiyabani İranda bir simvol olaraq yad edilir.

Bütün İranlıların qeyrətli Azərbaycan əhalisilə fəxr etdiklərini bildirən Qalibaf, bu torpaq tarixində mübarizənin və müqavimətin önə çıxdığını və bu torpağın şəxsiyyətlərin mübarizəsinə bağlı olduğunu vurğulayıb.

Qalibaf qeyd edib ki, Müqəddəs Müdafiə dövründə azərbaycanlı gənclərin qanı İranın ən cənub nöqtəsindən şimal-qərbdəki uca dağlara tökülüb.

İŞM-nin sədri həmçinin, eyni inqilabi inanclarla, ölkəni irəliləməyə borclu olduğumuzu da söyləyib.

Şeyx Məhəmməd Xiyabaninin şəhadətinin 100-cü ildönümünə həsr olunmuş konfrans bu gün Təbriz Universitetinin Vəhdət zalında açılışı olub.

Xəbəri paylaş

VİDEOLAR