Qalibaf Azərbaycana səfər edib

Qalibaf Azərbaycana səfər edib

İran Parlamentinin Sədri Məhəmməd Qalibaf Azərbaycana səfər edib.

Azərbaycanın sədrliyi ilə Bakıda Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçirilir.

Rasthaber xəbər verir ki,  İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu tədbirə qatılıb.

Qeyd olunur ki, ondan başqa İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Özbəkistan Respublikası Ali Məclis Senatının sədri Tənzilə Narbayeva, Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lunqten Dorci, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani və Tacikistan Respublikası Ali Məclis Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.

Xəbəri paylaş

VİDEOLAR