Qaçırılan 317 nigeriyalı məktəbli qızdan 279-u xilas edildi

Qaçırılan 317 nigeriyalı məktəbli qızdan 279-u xilas edildi

Zamfara valisi Bello Muhammed Matawalle açıqlama verib

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Zamfara valisi Bello Muhammed Matawalle bu barədə açıqlama verib.

O bildirib ki, Zamfara əlayətinin Jangebe ərazisindəki bir qız liseyindən oğurlanan şagirdlərdən 279-u xilas edilib. Valinin sözlərinə görə xilas edilən məktəb şagirdlərinin sağlamlıq vəziyyəti yaxşıdır. Qızların necə xilas edildiyinə dair təfərrüatlı məlumat verməyən Vali Matawalle qalan 31 məktəb şagirdini xilas etmək üçün işlərin davam etdiyini qeyd edib.

Xatırladaq ki, 26 fevralda bir qrup Silahlı şəxs Zamfara əyalətindəki Jangebe ərazisində yerləşən bir qız liseyinə hücum edərək 317 şagirdi qaçırıb. Hadisədən sonra hökumət qaçırılan tələbələrin sərbəst buraxılması üçün irəli sürüləcək heç bir şərti qəbul etməyəcəyini və fidyə verməyəcəyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR