İslam düşmənlərinin istədikləri hər şeyi etmək dövrü keçmişdə qalıb.
Az.rasthaber.com xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Ordusunun Qüds briqadasının komandanı İsmayıl Qaani deyib.
O, ABŞ-a İranın ətrafındakı bölgələri dərhal tərk etməsi ilə bağlı xəbərdarlıq edib.
Qaani ABŞ-ın hiyləgər və cani olduğunu qeyd edərək bildirib ki, Ağ Ev 20 il ərzində Əfqanıstanda döyüşsə də, ən ağır şəkildə məğlubiyyətə uğrayıb.
"Amerikalılara mesajımız budur: Ətrafımızdakı coğrafiyadan çıxmaq üçün hələ ki, zamanınız var, əks təqdirdə, Əfqanıstandan qaçarkən başınıza gələnlərin eynisini sizə yaşadacağıq", - deyə o əlavə edib.