Putinin xüsusi nümayəndəsi Bəşər Əsədlə görüşüb

Putinin xüsusi nümayəndəsi Bəşər Əsədlə görüşüb

Rusiya prezidenti Vladimir Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev dünən Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, görüş zamanı Lavrentiev Putinin Suriya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini və Suriya və Rusiya arasında nazirlər koordinasiya şuralarının iclaslarının gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirmək və yeni əməkdaşlıq sahələrini müəyyən etmək üçün fürsət kimi qiymətləndirildiyini qeyd edib.

Rusiya rəsmisi Suriyalı qaçqınların geri qaytarılması ilə bağlı beynəlxalq konfransın ardınca Rusiya və Suriyanın beşinci birgə iclasının nəticələri barədə də Bəşər Əsədə məlumat verib.

Suriya prezidenti Bəşər Əsəd də iki ölkə arasındakı münasibətlərə toxunaraq, məqsədlərinin son onilliklərdən bəri mövcud olan ortaq dəyərlərə əsaslanan kütləvi inteqrasiya yaratmaq olduğunu və terrora qarşı ümumi müharibə şərtlərinin, iki xalqın mədəni və sosial yönləri arasında inteqrasiyaya kömək edəcəyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR