Putin bu barədə Soçidə keçirilən müdafiə mövzulu iclasın açılışında danışıb.
Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qara dənizə daxil olan ABŞ HDQ gəmisi ilə bağlı danışıb.
“Bax, elə indi, siz bilirsiniz ki, ABŞ gəmisi Qara dənizə daxil olub. Biz ona binokldan da baxa bilərik, müvafiq müdafiə sistemlərinin nişangahından da”, – deyə o bildirib.
Rusiya prezidenti qeyd edib ki, Hava-Kosmik Müdafiəsi sistemini təkmilləşdirməyə davam etmək lazımdır. Onun sözlərinə görə, bu zərurət birbaşa aparıcı ölkələrdə yüksək sürət xüsusiyyətlərinə sahib perspektivli hücum vasitələrinin hazırlanması ilə bağlıdır.
“Ümumi siyasi vəziyyət də, o cümlədən də NATO aviasiyasının Rusiya yaxınlığındakı artan intensiviliyi də bunu tələb edir”, – deyə Putin əlavə edib və idarəolunan raketlərlə silahlanmış NATO gəmilərinin Baltik və Qara dəniz hövzələrində peyda olmasına işarə edib.