Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib
Rasthaber Azərbaycan İnterfax-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı nəzərdən keçirilib. Rusiya prezidenti regionda vəziyyətin sabitləşdiyini, Qarabağa dair 9 noyabr tarixli üçtərəfli bəyanatın ümumilikdə ardıcıl olaraq icra olunduğunu vurğulayıb”, - deyə məlumatda bildirilir.
Bakı və İrəvanın istəyi ilə atəşkəsi və mülki əhalinin təhlükəsizliyini təmin edən rusiyalı sülhməramlıların uğurlu işi qeyd olunub.
“Tərəflər Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri, xüsusən də ATƏT-in Minsk qrupu çərçivəsində koordinasiyanı davam etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər”, - deyə məlumatda qeyd olunur.