Putin Türkiyəyə səfərə gəlir - Peskov açıqladı

Putin Türkiyəyə səfərə gəlir - Peskov açıqladı

Rusiya Prezidenti Vladimir Putin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcək.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Putinin Prezident Ərdoğanın Türkiyəyə dəvətini məmnuniyyətlə qəbul etdiyini açıqlayıb.

Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov iki lider arasındakı görüşlərdə Ərdoğanın Putini dəvətinin gündəmə gəldiyini bildirərək, həm hökumətlərarası komissiyada, həm də iki liderin başçılığındakı təmaslarda müəyyən fasilə yaranıb” deyib.

Peskov bildirib ki, Prezident Ərdoğan sözügedən təmas və tədbirləri Türkiyədə keçirə biləcəyini deyib.

Peskov "Putin Ərdoğanın dəvətini məmnuniyyətlə qəbul etdi. Epidemioloji vəziyyət və liderlərin iş qrafiki imkan verən kimi, Putin Türkiyəyə səfər edəcək” ifadəsini işlədib.

ABŞ-ın dünən axşam Rusiyaya çatdırdığı təhlükəsizlik zəmanəti ilə bağlı yazılı cavabını şərh edən Peskov Putinin sözügedən cavabı şəxsən oxuduğunu söyləyib.

ABŞ və NATO-nun Rusiyanın əsas narahatlığını rədd etdiyinə diqqət çəkən Peskov:

"Ona görə də nikbin olmaq üçün çox az səbəb var. ABŞ və NATO-nun yazılı cavablarını tədqiq etmək üçün vaxt lazımdır. Tələsik nəticə çıxarmamalıyıq" deyib.

Peskov qeyd edib ki, ABŞ və NATO-nun cavablarına Moskvanın ictimai reaksiyası ilə bağlı heç bir qərar verilməyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ABŞ-ın təhlükəsizlik məsələlərində Moskvaya verdiyi cavabının müsbət olmadığını bildirib.

“ABŞ-ın cavabının məzmunu ciddi dialoqa imkan verir, lakin ikinci dərəcəli məsələlərdə” deyən Lavrov ABŞ-ın cavabından sonra atılacaq addımlara Putinin qərar verəcəyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR