Rusiya-ABŞ qarşılıqlı ticari-iqtisadi əlaqələrinin inkişafına qarşılıqlı maraq ifadə edilib.
Rasthaber Azərbaycan RT-yə istinadən xəbər verir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telfonla danışıb.
Tərəflər strateji sabitlik və silahlar üzərində nəzarəti, BMT TŞ-ın daimi üzvlərinin sammitinin keçirilməsinə dair Rusiya təşəbbüsünü, İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə ediblər.
Qeyd edilir ki, danışıq zamanı Rusiya-ABŞ qarşılıqlı ticari-iqtisadi əlaqələrinin inkişafına qarşılıqlı maraq ifadə edilib.
Bundan başqa, onlar “Soyuz” – “Apollon” birgə proqramı çərçivəsində orbital uçuşun 45 illiyi ilə əlaqədar bir-birilərini təbrik ediblər.