Putin: Qərb Rusiyanın əsas narahatlığına məhəl qoymur

Putin: Qərb Rusiyanın əsas narahatlığına məhəl qoymur

ABŞ və NATO Rusiyanın qarşılıqlı təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə cavab olaraq Moskvanın əsas narahatlığına məhəl qoymayıb.

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla Moskvada danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz NATO-nun genişlənməsinin qarşısının alınması, Rusiya sərhədləri yaxınlığında raket silah sistemlərinin yerləşdirilməsindən imtina ilə bağlı üç əsas tələbimizin adekvat nəzərə alındığını, eləcə də blokun Avropadakı hərbi infrastrukturunun Rusiya-NATO-nun təsis aktının imzalandığı 1997-ci il vəziyyətinə qaytarılmasını  görmədik.

Putinin sözlərinə görə, NATO ölkələrin azad seçim hüququna istinad edərək, “başqalarının hesabına” öz təhlükəsizliyini gücləndirməyə çalışır.

Putin qeyd edib ki, təhlükəsizlik təminatları mövzusunda dialoqu davam etdirməyə ümid edir. “Ümid edirəm ki, biz nəhayət  həll yolunu tapacağıq. Asan olmasa da, bunun fərqindəyik.

Xəbəri paylaş

VİDEOLAR