Putin Paşinyanı qəbul etdi; Görüşdə nə müzakirə edilib?

Putin Paşinyanı qəbul etdi; Görüşdə nə müzakirə edilib?

Moskvada Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, görüş zamanı Vladimir Putin Ermənistanın inkişafı üçün bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat marşrutlarının bərpa olunması Ermənistanın inkişafı üçün yeni imkanlar yaradacaq.

Ermənistan Baş naziri Nikol Paşiyan Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Rusiya sülhməramlı qoşunlarının Qarabağda olmasını bölgədə sabitlik və təhlükəsizliyin önəmli amilinə çevrildiyini bildirib.

Paşinyan Rusiyanın bölgədə atəşkəsin bərpa olması və blokadaların aradan qaldırılması üçün rolunu yüksək qiymətləndirib.

Eyni zamanda Ermənistan Baş naziri Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 9-da imzaladıqları bəyanatın şərtlərinin yerinə yetirilmədiyindən gileylənib.

Paşinyan hərbi əsir, girov və başqa saxlanılan şəxslərlə bağlı məsələnin həll olunmadığını bildirib.

"Biz dəfələrlə müzakirə etmişik ki, 9 noyabr bəyanatına əsasən bütün girovlar, hərbi əsirlər və başqa saxlanılan şəxslər vətənə qaytarılmalıdır. Təssüf ki, indiyə kimi Azərbaycanda bizim saxlanılan şəxslərimiz var",- Paşinyan deyib.

Paşinyan Putinlə "hərbi əməkdaşlığın bəzi nüanslarını" müzakirə etmək istədiyini də deyib.

"Mən ümid edirəm ki, biz Rusiya-Ermənistan birləşmiş qoşun qrupunun və birləşmiş regional Hava Hücumundan Müdafiə sisteminin bəzi nüanslarını da müzakirə edərik", - Paşinyan deyib.

Xəbəri paylaş

VİDEOLAR