Putin istefa verir?

Putin istefa verir?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələyə aydınlıq gətirib

Rasthaber RT-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin mümkün istefasına dair xəbərləri cəfəngiyyat adlandırıb.

“Bu, tamamilə cəfəngiyyatdır. Prezidentdə hər şey yaxşıdır… Sağlamlığı əladır”, – deyə Peskov Qərb KİV-lərinin Putinin xəstəlik və ya ailəsinin istəyi ilə istefa verməyə hazırlaşması barədə xəbərləri şərh edərkən bildirib.

Dəqiqləşdirici “Putin istefa verməyi planlaşdırırmı” sualına isə Peskov cavab verib ki, xeyr.

Xəbəri paylaş

VİDEOLAR