Putin göstəriş verdi: 6 ölkə vətəndaşı Əfqanıstandan təxliyə ediləcək

Putin göstəriş verdi: 6 ölkə vətəndaşı Əfqanıstandan təxliyə ediləcək

ABŞ və Taliban tərəfindən Əfqanıstandan təxliyə üçün elan edilən möhlətin ( 31 avqust) sona çatmasına bir neçə gün qalmış Kabil Beyhəlxalq Hava Limanında hərəkətlilik davam edir.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Taliban Kabilə nəzarəti ələ keçirdikdən sonra Əfqanıstanı tərk etmək istəyən xarici rəsmilər və əfqanlar pasport prosedurları başa çatdıqdan sonra təyyarələrlə təxliyə edilir.

Bu çərçivədi Rusiya hava qüvvələrinə məxsus İlyuşin Il-76 MD tipli üç strateji nəqliyyat təyyarəsi və bir sərnişin təyyarə dünən Həmid Karzai Beynəlxalq Hava Limanının mülki aviasiya hissəsinə enib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə prezident Vladimir Putinin göstərişi ilə Kabilə gedən 4 təyyarə ilə Rusiya, Ukrayna, Belarus, Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşı 500 nəfər Əfqanıstandan çıxarılacaq.

Xəbəri paylaş

VİDEOLAR