Putin: Fələstinlə bağlı mövqeyimiz dəyişməzdir

Putin: Fələstinlə bağlı mövqeyimiz dəyişməzdir

Rusiyanın Fələstin məsələsi üzrə mövqeyi dəyişməz olaraq qalır.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Fələstin prezidenti Mahmud Abbasla görüş zamanı bildirib.

Fələstin problemi daha öncə BMT Təhlükəsizlik Şurası səviyəsində qəbul edilmiş qərarlara müvafiq şəkildə həll edilməlidir. Yaşayan bütün insanların maraqlarını nəzərə alan ədalətli əsasda (həll edilməlidir)”, - deyə Putin qeyd edib.

Və biz, əlbəttə ki, nə qədər mürəkkəb olmasından asılı olmayaraq, müvafiq istiqamətdə çalışacağıq”, - deyə o əlavə edib.

Putin həmçinin bugünkü görüş zamanı “irəli getmək üçün nələrin edilə biləcəyinə” baxmaq üçün regionda aktual məsələləri də müzakirə etmək istəyir.

Xəbəri paylaş

VİDEOLAR