Dünyada artan gərginlik səviyyəsi strateji sabitliyin təmin edilməsi, hər şeydən əvvəl ABŞ və NATO-dan Rusiyanın təhlükəsizliyinə hərtərəfli zəmanətlərin alınması üçün əlavə davamlı səylər tələb edir.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin fevralın 10-da qeyd olunan Diplomatik xidmətdə çalışanların peşə günü münasibətilə Xarici İşlər Nazirliyinin əməkdaşlarına və veteranlarına təbrikində deyib.
"Dünyada vəziyyət getdikcə daha çox gərginləşir. Bu, əlbəttə ki, strateji sabitliyin təmin edilməsi və yaranan təhdid və çağırışların qarşısının alınması, ilk növbədə ölkəmizin təhlükəsizliyi üçün hərtərəfli, qanuni zəmanətləri ABŞ və onun NATO-dakı müttəfiqlərindən almaq üçün əlavə davamlı səylər tələb edir”, - deyə Putinin Kremlin saytında dərc olunmuş müraciətində deyilir.
Putin “ədalətli və sabit çoxqütblü dünya nizamı”nın qurulması üzrə işi aktual adlandırıb: "Əlbəttə, beynəlxalq hüququn aliliyinin və BMT-nin mərkəzi əlaqələndirici rolunun gücləndirilməsi, ədalətli və sabit çoxqütblü dünya nizamının qurulması istiqamətində ardıcıl, sistemli iş tam aktuallığını qoruyur".