Putin: ABŞ cinayət hesab etdiyi hər şeyi məhz özü edir

Putin: ABŞ cinayət hesab etdiyi hər şeyi məhz özü edir

Rusiya prezidenti Vladimir Putin Soçidə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

Az.rasthaber.com xəbər verir ki, Putin ABŞ-ın Ukraynaya göndərdiyi kaset bombalarının istifadəsi ilə bağlı bunları deyib:

"İstifadə olunur və geniş yayılmışdır. Özünü müstəsna hesab edən bir ölkə var, o da ABŞ-dır. O, hətta cinayət hesab etdiyi şeyləri də etməyə icazə verir, çünki kaset bombalarından istifadə edən ABŞ bu halda bombalardan yalnız Ukrayna ordusunun əli ilə istifadə edir.

Rusiya və Ukrayna arasında mümkün danışıqlar prosesinin gələcəyi ilə bağlı hər şeyi ABŞ həll edir. ABŞ hər şeyi iqtisadi sanksiyalar və ya maliyyə məhdudiyyətləri, təhdidlər və ya güc tətbiqi yolu ilə həll etməyə çalışır.

ABŞ kiməsə nə isə öyrətməyə çalışır, amma özləri bunu edə bilmir və ya etmək istəmir. Əvvəllər də dediyim kimi, biz heç vaxt danışıqlardan imtina etməmişik. Odur ki, zəhmət olmasa, qarşı tərəf bunu etmək istəyirsə, bunu etsin və birbaşa desin. Deyirəm, amma qarşı tərəfdən heç nə eşitmirik".

Xəbəri paylaş

VİDEOLAR