ABŞ-da ölkənin parçalanmaya doğru getdiyini göstərən qorxulu əlamətlər müşahidə edilib.
Rasthaber Azərbaycan xəbər verir ki, bunu sosiologiya professoru Dana Fişer deyib.
Xatırladaq ki, bu günlərdə ABŞ-lılar öyrəndilər ki, ABŞ prezidenti Donald Tramp hakimiyyəti əldə saxlamaq üçün hərbi vəziyyətin elan edilməsi imkanını gözdən keçirir. Hazırkı Ağ Ev başçısı Co Baydendə prezident kürsüsündə əyləşməyə mane olmaq üçün Üsyan haqqında qanuna əsaslana bilər.
Müəllifin sözlərinə görə, ABŞ-da “hiperqütbləşmiş siyasətə” gətirib çıxarmış sürüşkən yol 2016 seçkilərindən çox-çox qabaq başlayıb.
“Lakin heç bir şübhə yoxdur ki, Donald Trampın seçilməsi və onun 4 illik hakimiyyəti partiyalılıq şöləsini alovunu şiddətləndirdi”, – deyə professor əmindir.
Fişer Tramp “ağ irqin üstünlüyü” ideyasından imtina etməməkdə ittiham edib.
Professor deyib ki, hər iki partiyadan olan əvvəlki liderlər cəmiyyətdə irqçilik və zorakılığa qarşı çıxışlar etsələr də, Tramp bu cür hərəkətləri pisləmir.
Onun fikrincə, Trampın siyasəti vətəndaş iğtişaşlarının ABŞ-da adi hala çevrilməsinə səbəb olub.
Fişer bu nəticəyə gəlib ki, Baydenin 5 həftə sonra baş tutacaq inaqurasiyasından sonra ABŞ küçələrində Tramp tərəfdarlarının hücum etməsi qorxusu olmadan “etiraz aksiyaları” keçirmək olmayacaq.
Bununla yanaşı, o, ABŞ küçələrindəki silahlı adamları “hakimiyyətin legitimliyinə meydan oxuyan aldadılmış amerikalılar” adlandırıb.
“Başqa sözlərlə, bu, yalnız başlanğıc ola bilər”, – deyə Fişer sonda əlavə edib.