Qüds Pravoslav Kilsəsinin arxiyepiskopu Yəmənin günahsız xalqına qarşı müharibə və hücuma son qoymağa çağırıb.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Qüdsdəki Pravoslav Kilsəsinin arxiyepiskopu Mətran Ətaullah Həna dünən verdiyi açıqlamada deyib:
"Biz Yəməndə günahsız insanların hədəf alınmasına qarşıyıq və bu müharibəni dayandırmağın vaxtıdır".
Beytül-Müqəddəsdəki bu din xadimi bu açıqlamasını livanlı nazirin Səudiyyə koalisiyasını pisləyən müsahibəsinin fonunda müdafiə edib.