Pompeo: Baydenin nüvə ilə bağlı sözləri düşünülməmiş idi

Pompeo: Baydenin nüvə ilə bağlı sözləri düşünülməmiş idi

Qərb mediası və rəsmiləri Vladimir Putinin nüvə silahından istifadə edə biləcəyini desə də, Mayk Pompeo Baydenin bu mövzu ilə bağlı son açıqlamalarını və xəbərdarlıqlarını düşüncəsizlik adlandırıb.

Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo bazar günü “Fox News Sunday” telekanalına müsahibəsində deyib: “ABŞ prezidenti Co Baydenin “Nüvə Armageddon”-u ilə bağlı açıqlamaları Amerika xalqı üçün faciəvi nəticələr yarada bilər”.

Pompeo əlavə edib ki, Co Bayden administrasiyası Rusiya prezidenti Vladimir Putinin etdiyi xəbərdarlıqlara diplomatik baxşla yanaşmalı və nüvə silahının səbəb olacağı nəticələri ciddiyə almalıdır.

Xəbəri paylaş

VİDEOLAR