Polşada müsəlmanlara terror planlaşdıranlar tutuldu

Polşada müsəlmanlara terror planlaşdıranlar tutuldu

Onların millətçi və irqçi baxışlara sahib olduğu bildirilib.

 Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Polşanın Daxili Təhlükəsizlik Agentliyi müsəlmanlara qarşı terror aktının hazırlanması ilə bağlı cinayət işi başladıb.

İnsident ilə bağlı bir neçə nəfər tutulub.

Bu barədə xüsusi xidmət orqanlarının koordinator nazirinin mətbuat katibi Stanislav Jarın məlumat verib.

Prokurorluq şübhəlilərin barəsindəki ittihamedici aktı məhkəməyə göndərib. Onlar bir və ya daha çox insanın həyatını və ya iri məbləğdəki mülkünü təhdid edən vəziyyətin yaradılmasında ittiham edilirlər.

Qeyd edilir ki, saxlanılan şəxslər müsəlmanların dini ibadətgahına hücum etməyi, həmçinin orada zəhərli maddələr səpməyi planlaşdırırdılar.

Onların millətçi və irqçi baxışlara sahib olduğu bildirilib.

Araşdırma zamanı partlayıcı maddələr, 4 ədəd silah, həmçinin təhlükəli materiallar və maddələr hazırlamağa imkan verən alət və əşyalar müzakirə edilib.

Müttəhimlər 10 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Xəbəri paylaş

VİDEOLAR