Polşa səhvən Çexiyanı işğal edibmiş

Polşa səhvən Çexiyanı işğal edibmiş

Polşa keçən ay səhvən Çexiyanı işğal etdiyini açıqlayıb.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Polşanın Müdafiə Nazirliyi iki ölkə sərhəddində koronavirusla bağlı tədbirlər görmək üçün ərazidə gəzən polşalı əsgərlərin təsadüfən digər tərəfdə tərk edilmiş bir kilsədə qaldığını açıqlayıb.

Polşalı əsgərlər kilsəni ziyarətə gələn Çexiya vətəndaşlarının bölgəni gəzməsinə mane olub.

İşğal Çexiya rəsmilərinin məsələyə qarışması ilə başa çatıb.

Çexiyanın şimal şərqində Moravyada baş verən hadisədən sonra Polşa bunun səhvən baş verdiyini bildirsə də, Çexiya səlahiyyətliləri rəsmi açıqlama almadıqlarını bildiriblər.

İşğalın üzə çıxması belə məlum olub: kilsənin işləri üçün ayrılan bir inşaat işçisi onun səthinin şəklini çəkmək istərkən silahlı Polşanın əsgələri ona mane olub. Əsgərlər kilsəyə gedən yolda barrikada qurublar.

Ondan başqa əsgərlər bölgəyə gəzintiyə gələn turistlərə də əngəl olublar.

Ivo Dokoupil adlı yerli turist yerli mətbuata bildirib ki, polşalı əsgərlərə kilsəni ziyarət etmək istədikləri deyilsə də, sərt şəkildə buna imkan verilməyib. "Xarici bir dövlətin uniformasını geyinmiş bir əsgər əlində silahla mənə əmr verməyə başladı. Qorxulu bir təcrübəydi".

Polşanın Müdafiə Nazirliyi CNN-ə bildirib ki, "bu, qəsdən edilməyib, anlaşılmazlıq olub. Dərhal da düzəldildi".

Xəbəri paylaş

VİDEOLAR