ABŞ-ın 45-ci prezidenti Donald Tramp həbs oluna bilər.
Az.rasthaber.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Federal Təhqiqatlar Bürosu (FTB) Trampın malikanəsində axtarış aparıb.
Büro Trampın casusluq qanununu pozduğunu iddia edir.
Trampın qanun pozuntusunda təqsirli bilinməsi onun həbsi və ya ağır cərimə ilə nəticələnə bilər.
"The Wall Street Journal" nəşri məlumat yayıb ki, FTB agentləri Trampın evindən “tam məxfi” sənədlər və “Fransa prezidenti haqqında məlumat” adlı material toplusunu toplayıblar.