“Politico”: Avropa ABŞ-ın Ukrayna böhranından əldə etdiyi böyük gəlirlərə qəzəblidir

“Politico”: Avropa ABŞ-ın Ukrayna böhranından əldə etdiyi böyük gəlirlərə qəzəblidir

Avropa rəsmiləri təkcə Ukrayna böhranından deyil, həm də Avropada enerji resurslarının çatışmazlığından qazanc əldə edən Ağ Evin işindən artan narazılıqlarını bildirirlər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Qəzet Qərb müttəfiqlərinin birliyinin nəzərəçarpacaq dərəcədə sarsıldığına, yüksək rütbəli avropalı məmurların “Co Bayden administrasiyasına qəzəbləndiyinə” diqqət çəkərək, amerikalıları ümumi böhrandan istifadə etməkdə günahlandırıb və bildirib ki, Avropa İttifaqı ölkələri bundan əziyyət çəkən tərəfdir.

Qəzet, bir avropalı rəsminin açıqlamasından sitat gətirir: “Sadəcə, vəziyyətə rasional baxsaq, bu münaqişədən digər ölkələrlə müqayisədə daha çox faydalanan ölkə ABŞ-dır, çünki o, daha çox qazı baha qiymətə satır və həm də ona görə ki, daha çox silah satır”.

Xəbəri paylaş

VİDEOLAR