Politico: Ağ Ev nümayəndələri arasında mənəvi ruh düşkünlüyü artır

Politico: Ağ Ev nümayəndələri arasında mənəvi ruh düşkünlüyü artır

Bir sıra həll olunmamış problemlər fonunda Ağ Ev nümayəndələri arasında mənəvi ruh düşkünlüyü artır.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. 

Nəşrin yazdığına görə, ABŞ prezidenti Co Bayden onun reytinqinin əhəmiyyətli dərəcədə aşağı düşməsindən əsəbiləşib.

Qəzet bildirir ki, Bayden və onun köməkçiləri bir sıra problemlər fonunda vəziyyəti dəyişdirmək iqtidarında olmadıqları üçün narazıdırlar. 

Nəşr qeyd edir ki, söhbət qlobal inflyasiyanın artması, yanacağın qiymətinin artması, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı, yeni koronavirus pandemiyasının potensial qayıdışı və Konqresin ölkədə silah dövriyyəsinə nəzarəti gücləndirmək üçün tədbirlər görə bilməməsindən gedir.

"Politico"nun yazdığına əsasən, böhran böhranın ardınca gəldiyi bir vaxtda, Vaşinqton administrasiyası ona təsir edən qüvvələrlə mübarizə aparmaq imkanında özünü aciz və ya məhdud hesab edir.

Xəbəri paylaş

VİDEOLAR