Əfqanıstanın şimalındakı Pəncşir əyalətində "Taliban" və Milli Müqavimət Cəbhəsi (MMC) döyüşçüləri arasında silahlı toqquşmalar yaşanır.
Az.rasthaber.com "Aamaj News"-ə istinadən xəbər verir ki, mənbələrin məlumatına görə, Həmid Xorasaninin başçılıq etdiyi "Taliban" qüvvələri Anaba rayonunda MMC döyüşçülərinə hücum ediblər.
"Toqquşmalar hələ də davam edir", - deyə qeyd edilib.
Xatırladaq ki, "Taliban"-ın hakimiyyətə gəlişindən sonra MMC onu tanımaqdan imtina edib.