İsmayıl Qaani Qüds Qüvvələri komandirinin keçmiş müavini general Məhəmməd Hicazi üçün təşkil edilən anım mərasimində çıxışı zamanı deyib
Rasthaber Azərbaycan "eastnews.org"a istinadən verdiyi xəbərə görə, İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandiri general-leytenant İsmayıl Qaani Qüds Qüvvələri komandirinin keçmiş müavini general Məhəmməd Hicazi üçün təşkil edilən anım mərasimində çıxış edib.
Qaani Fələstindəki son vəziyyəti dəyərləndirərək deyib:
"Qəzzanın 15 ildən çoxdur blokada altında qalmasına baxmayaraq, bütün Fələstini qəhrəmancasına müdafiə etdiyinin şahidi olduq. Fələstinlilərin sionist rejimə qarşı apardığı müharibənin ilk üç günündə 22 günlük müharibə qədər raket atdı. İnqilab lideri Ayətullah Xameneinin "Hacı Qasim (Qasim Süleymani) bu uşaqların əllərini doldurdu" ifadələri 12 günlük müharibədə başa düşüldü. Sionist rejim Qəzza müharibəsinin ilk günündən etibarən vasitəçi ölkələrdən müharibəni dayandırmaq üçün fələstinlilərlə əlaqə qurmalarını istədi və yalvarmağa başladı.
Digər tərəfdən çox güclü fələstinli oğullar şərtlərini dilə gətirdilər və bu şərtlər qəbul olunarsa, atəşkəsə hazır olduqlarını bildirdilər və şərtlərini sionistlərə tətbiq etdirənə kimi döyüşdən imtina etmədilər.
Bu gün bütün dünyada general Qasim Süleymani və Hicazi kimi şəhidlərin göstərdiyi xidmətlər sayəsində hər kəs müqavimətin hər sahədə səmərəli nəticələr verdiyinə inanır. Bundan sonra Fələstin övladlarına müqavimətin mesajı budur: Planlarınız bütün Fələstinə hakim olmaq üçün olmalıdır.
Şübhəsiz ki, sionist rejim işğal olunmuş ərazilərin nəzarətindən çıxacağı vaxtı düşünməlidir. Bütün sionistlərə Fələstin torpaqlarına köçmədən əvvəl Avropada, Amerikada və ya başqa yerlərdə satdığınız evlərin qiymətləri artmazdan əvvəl geri qayıdıb oradakı evlərinizi yenidən almağınızı tövsiyə edirəm.
Sionistlər Fələstin torpaqlarını rüsvayçı şəkildə tərk edəcəkləri günü düşünməlidirlər və Fələstindəki qardaşlarımız da həmin gün üçün tədbirli planlar hazırlamaqdan ötrü bu gündən hərəkətə keçməlidirlər. 12 günlük müharibə sübut etdi ki, qəhrəman Fələstin xalqı bütün torpaqlarına hakim olmaq barədə, sionistlərin isə bu torpaqları tərk etmək barədə bundan sonra fikirləşməlidir".