PKK terrorçularının təslimolma prosesi davam edir

PKK terrorçularının təslimolma prosesi davam edir

Türkiyə Jandarma Baş Komandanlığı və Polis Müdirliyi tərəfindən aparılan inandırma cəhdləri nəticəsində terror təşkilatı PKK-dan qaçan 5 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin koordinasiyasında Jandarma Baş Komandanlığı tərəfindən aparılan inandırma səyləri çərçivəsində PKK terror təşkilatından qaçan 5 terror təşkilatı üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Təslim olan təşkilat üzvlərinin 1999-2016-cı illər arasında terror təşkilatına qoşularaq İraq və Suriyada fəaliyyət göstərdikləri müəyyən edilib.

Beləliklə, 2021-ci ildə təslim olan terrorçuların sayı 151-ə çıxıb.

Xəbəri paylaş

VİDEOLAR