PKK-nın mağarada qətlə yetirdiyi 13 Türkiyə vətəndaşının cəsədi aşkarlandı

PKK-nın mağarada qətlə yetirdiyi 13 Türkiyə vətəndaşının cəsədi aşkarlandı

Gərgin döyüşlərdən sonra nəzarətə alınan mağarada aparılan axtarışlarda saxlanılan 13 vətəndaşımızın cəsədləri tapıldı.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “çox xüsusi və kritik əməliyyat” olaraq xarakterizə etdiyi “Pəncə-Qartal-2” əməliyyatında 48 terrorçunun öldürüldüyünü, 2 terrorçunun canlı ələ keçirildiyini və bölgənin böyük nisbətdə terror təşkilatlarından təmizləndiyini bildirib.

Rasthaber Azərbaycan TRThaber-əistinadən xəbər verir ki, Hulusi Akar, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Yaşar Gülәr, Quru Qoşunları komandanı Ümit Dündar, Hәrbi Dәniz Qüvvәlәrinin komandanı Adnan Özbal vә Hәrbi Hava Qüvvәlәrinin komandanı Hәsәn Küçükkaya ilә İraqın şimalındakı Qara bölgәsindәki terror hәdәflәrinә qarşı aparılan ‘‘Pәncә-Qartal-2’’ әmәliyyatının hәrәkat mәrkәzinә baş çәkib.

Əməliyyatı gün boyunca Mәrkәzdәn  izlәyәn Akar fəaliyyətlər barədə məlumat alıb və təlimat verib.

“Pәncә-Qartal-2” әməliyyatındakı son vəziyyətlə əlaqədar açıqlamalar verən Akar “PKK/KCK və digər terror ünsürlərini zәrәrsizlәşdirmәk vә daha әvvәl təhlükəsizlik sәbәsindәn açıqlanmayan, terrorçular tərəfindən qaçırılan vətəndaşlarımız haqqında kəşfiyyat məlumatlarını tәsdiqlәmәk vә vacib olan müdaxilәni etmәk üçün beynəlxalq hüquqa әsaslanan qaydalar çәrçivәsindә İraqın şimalında Qara bölgәsindә 10 fevral 2021-ci il tarixindә “Pәncә-Qartal-2″ әmәliyyatına başlandı. Terrorçulara mәxsus sığınacaq yerlәri və sursat anbarlarından ibarət 50-dən çox hədəf başlanışda hava əməliyyatı ilə uğurla məhv edildi” deyib.

Akar  PKK terrorçularının xain hücumunda 13 mülki şəxsin şəhid olduğunu bildirәrәk, “Gərgin döyüşlərdən sonra nəzarətə alınan mağarada aparılan axtarışlarda saxlanılan 13 vətəndaşımızın cəsədləri tapıldı. İlk müayinədə günahsız və silahsız vətəndaşlarımızdan birinin ciyninidәn, digәr 12 vәtәndaşımızın başlarından vurularaq şəhid edildiklәri müəyyən edildi. Son dərəcə xüsusi və kritik bir əməliyyat həyata keçirildi. Həqiqətən də vacib, xüsusi bir əməliyyat hәyata keçirildi. Nәticәdә  bölgədə məskunlaşan, yenidən tәşkilatlanmağa cәhd edәn və sәrhәdlәrimizә, tәhlükәsizlik qüvvәlәrimizә vә xalqımıza hücuma hazırlaşan bütün ünsürlәr dә zərərsizləşdirildi. Hazırda 50 terrorçunun zərərsizləşdirildiyi barədə məlumatlar olsa da, әldә etdiyimiz mәlumatlar, kəşfiyyat orqanlarımızın fәaliyyәtlәri davam edir”, deyә vurğulayıb.

H. Akar, əməliyyatın tamamlandığını da ifadə edәrәk, “Quru və hava qüvvәlәrimiz tәhlükәsiz şәkildә bazalarına və kazarmalarına qayıtdılar” deyib.

Xəbəri paylaş

VİDEOLAR