Bölücü terror təşkilatı PKK-dan qaçan üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, nazirliyin koordinasiyasında aparılan inandırma səyləri nəticəsində 3 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub.
Terrorçuların 2013-2015-ci illər arasında PKK-ya qoşulub Suriya və İraqda fəaliyyət göstərdikləri müəyyən edilib.
İnandırma səyləri nəticəsində bu il təslim olan terror təşkilat mənsublarının sayı 89-a yüksəlib.
Digər tərəfdən, Daxili İşlər Nazirliyi Şırnak vilayətinin mərkəz qəsəbəsi Bestler Dereler bölgəsində 2 PKK/KCK terrorçusunun da zərərsizləşdirildiyini bildirdi.
"Eren-13" əməliyyatı çərçivəsində bölgədəki əməliyyatlar davam edir.