Süleyman Soylu da əməliyyatla əlaqəli sosial media hesabında paylaşım edərək əməliyyatı həyata keçirən təhlükəsizlik qüvvələrini təbrik edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, terror təşkilatı PKK-nın Suriyadakı qolu olan PYD/YPG-nin Suriyanın şimalında hücumlarda istifadə etmək üçün Münbicə aparmağa cəhd etdiyi çoxlu miqdarda silah-sursatı ələ keçirilib.
Daxili İşlər Nazirliyinin açıqlamasında terrorla mübarizə çərçivəsində Azezdə həyata keçirilən əməliyyatda tank əleyhinə 2 "TOW" mərmisi, 24 ədəd "Kalaşnikov" piyada tüfəngi, bir snayper tüfəngi, 2 "Doçka" silah lüləsi və 200 tətik kapsulunun ələ keçirildiyi ifadə edilərək, "TOW" raketlərinin Suriyanın şimalını terrordan təmizləmək məqsədilə bölgədə əməliyyat həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə qarşı tez-tez istifadə edildiyi xatırladılıb.
Əməliyyatda iki suriyalı şəxsin yaxalandığı və şübhəlilərin ilk ifadələrində "materialları PKK/PYD /YPG bölücü terror təşkilatına çatdırmaq istəyərkən tutulduqlarını" bəyan etdikləri bildirilib.
Daxili işlər naziri Süleyman Soylu da əməliyyatla əlaqəli sosial media hesabında paylaşım edərək əməliyyatı həyata keçirən təhlükəsizlik qüvvələrini təbrik edib.