Pezeşkiyan: İran xalqı sionist təcavüzkarlara böyük dərs verdi

Pezeşkiyan: İran xalqı sionist təcavüzkarlara böyük dərs verdi

İran xalqı sionist təcavüzkarlara böyük dərs verdi.

Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının Prezidenti, sionist rejimin əziz İran xalqına qarşı törətdiyi təcavüz nəticəsində çoxsaylı insan tələfatına diqqət çəkərək bildirib: Bu müharibədə İran Silahlı Qüvvələri BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq İran xalqını, milli suverenliyi və ölkəmizin ərazi bütövlüyünü qanuni şəkildə müdafiə etdi. Təcavüzkarlara böyük dərs verdi və bölgədə müharibənin genişlənməsinin qarşısını aldı.

Məsud Pezeşkiyan, cümə günü günorta (4 İyul 2025) İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin dövlət başçılarının XVII Zirvə Toplantısında çıxış edərək, sionist rejimin İran torpaqlarına hücumunu qətiyyətlə pisləyərək deyib: Bu rejimin təcavüzü BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi də daxil olmaqla, bütün beynəlxalq hüquq normalarını açıq şəkildə pozmaqla başlandı və ABŞ-nin təcavüzkar ordusu ilə birlikdə davam etdi. 12 gün davam edən bu təcavüz əməliyyatlarında öz xidməti tapşırıqları xaricində fəaliyyət göstərən hərbi qüvvələrə, universitet müəllimlərinə, dinc vətəndaşlara, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında olan sülhməramlı nüvə obyektlərinə və ümumi infrastruktur obyektlərinə qarşı cinayətkar əməllər törədildi.

Prezident, sionist rejimin İran xalqına qarşı təcavüzündə baş verən çoxsaylı insan tələfatını vurğulayaraq dedi: İran Silahlı Qüvvələri BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq xalqımızı, milli suverenliyi və ərazi bütövlüyünü qanuni şəkildə müdafiə etdi, təcavüzkarlara böyük dərs verdi və bölgədə müharibənin genişlənməsinə mane oldu.

O əlavə etdi: Böhran dövründə bölgə ölkələrinin və EKO üzv dövlətlərinin məsuliyyətli mövqelərinə görə təşəkkür edirəm. Bir çox beynəlxalq və regional təşkilatlar, o cümlədən İslam ölkələrinin xarici işlər nazirlərinin toplantısı, sionist rejimin İran İslam Respublikasına hücumlarını qətiyyətlə pisləyən qərar qəbul etdilər.

Pezeşkiyan çıxışının davamında vurğulayıb: İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Toplantısı həmçinin son təcavüzləri və ondan qaynaqlanan regional və qlobal təhlükələri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün mühüm fürsətdir.

Prezident sözlərinə belə davam edib: Hazırda EKO 2025 perspektiv sənədinin son ilindəyik. Bu sənəd müxtəlif səbəblər, o cümlədən pandemiyalar üzündən öncədən müəyyənləşdirilmiş hədəflərə tam çatmadı. EKO çərçivəsində regional əməkdaşlıq böyük dərslər verdi ki, bunlar 2035 perspektivinin hazırlanmasında nəzərə alınmalıdır.

O deyib: EKO əməkdaşlığı möhkəm təməllərə söykənir. Bu təməl 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən regional inkişaf əməkdaşlığı təşkilatı olaraq qoyulub. EKO inkişaf etməkdə olan dünyada ən qədim çoxtərəfli iqtisadi əməkdaşlıq mexanizmidir və xüsusilə 1990-cı illərin əvvəllərində daha yeddi ölkənin qoşulmasından sonra regional əməkdaşlıq üçün, xüsusən iqtisadi sahədə, yaxşı strukturlar və mexanizmlər formalaşdırmışdır.

Pezeşkiyan İran İslam Respublikasının EKO-dakı roluna toxunaraq deyib: Qonşuluq siyasəti İran İslam Respublikasının iqtisadi siyasətində hələ də prioritet olaraq qalır və EKO bizim üçün qonşularla əməkdaşlıq təşkilatıdır. Bu baxımdan çoxtərəfli iqtisadi diplomatiyanın önündə durur.

İran İslam Respublikasının Prezidenti sonda bildirib: Biz EKO-nun gücünə, qüdrətinə və onun potensial imkanlarına inanırıq. EKO üzv ölkələrin və ümumilikdə regionun inkişafını, tərəqqisini, çiçəklənməsini və dayanıqlığını artırmağa qadirdir.

Xəbəri paylaş

VİDEOLAR