Pezeşkiyan: İran Fələstinə dəstəyi özünün insani və islami vəzifəsi hesab edir!

Pezeşkiyan: İran Fələstinə dəstəyi özünün insani və islami vəzifəsi hesab edir!

İranın yeni seçilmiş prezidenti Pezeşkian Fələstin İslami Müqavimət Hərəkatı - HƏMAS-ın Siyasi Bürosunun rəhbərinin təbrik mesajını yüksək qiymətləndirərək, İran İslam Respublikasının məzlum Fələstin xalqına hərtərəfli dəstəyinin onun bütün idealları və hüquqlarının reallaşmasına, eləcə də Müqəddəs Qüds şəhərinin azad edilməsinə qədər davam etdiriləcəyini vurğulayıb.

Az.rasthaberr.com xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı – HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyəyə seçilmiş prezident doktor Məsud Pezeşkianın təşəkkür mesajının mətni belədir:

"Bağışlayan və Mehriban Allahın adı ilə

Hörmətli İsmayıl HaniyəFələstin İslami Müqavimət Hərəkatı – HƏMAS-ın Siyasi Ofisinin hörmətli rəhbəri

Əs-Səlamu əleykum və rəhmətullahi və bərəkatuh

İran İslam Respublikasının prezidentliyinə seçilməyim münasibətilə xoş təbrik mesajınıza görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.

İran İslam Respublikası İslam İnqilabının uca prinsip və məqsədlərinə sadiq qalaraq, İmam Xomeyninin (r.ə.) idealları və Ali Rəhbərin (Allah onu qorusun) göstərişləri çərçivəsində, Fələstin xalqına və onun sionist rejimin işğalı və aparteidinə qarşı mübarizəsinə dəstəyi özünün insani və islami vəzifəsi hesab edir və məzlum Fələstin xalqının bütün idealları və hüquqlarının həyata keçirilməsinə və Müqəddəs Qüds azad olunana qədər dəstəyini davam etdirəcək.

Əminəm ki, müqavimət göstərən Fələstin xalqının və məzlum və qüdrətli Qəzzənin tarixi mövqeyi və Fələstin müqavimət döyüşçülərinin hazırkı müharibədəki qəhrəmanlıq mübarizəsi sayəsində əziz Fələstinə qələbə və ilahi zəfər nəsib olacaqdır.

Uca Allahdan Sizə sağlamlıq və şərəf, Fələstin xalqına izzət və azadlıq, mücahid müqavimət qəhrəmanlarına ilahi yardım və Fələstinin dəyərli şəhidlərinə Allahdan rəhmət diləyirəm.".
Məsud Pezeşkian

Xəbəri paylaş

VİDEOLAR