"Rusiya Ərdoğanla Volodimir Zelenskinin bu gün baş tutacaq görüşünü diqqətlə izləyəcək".
Az.rasthaber.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş mümkündür.
D.Peskovun sözlərinə görə, Putinlə Ərdoğanın ehtimal edilən görüşünün dəqiq tarixi məlum deyil.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyeyə gəlir.
Səfər çərçivəsində Ərdoğan və Zelenski İstanbulda təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirəcək.
V.Zelenski və R.T.Ərdoğan Ukrayna müharibəsi ilə bağlı son durumu və “Taxıl sazişi”ni müzakirə edəcəklər.