Peskov: Qərb yalanlarla Rusiya və Ukrayna arasındakı gərginliyi daha da artırır

Peskov: Qərb yalanlarla Rusiya və Ukrayna arasındakı gərginliyi daha da artırır

Rusiya prezidentinin mәtbuat katibi Dmitri Peskov Amerika Birlәşmiş Ştatları ilә NATO-nun ‘‘yalan mәlumatlar’’la Rusiya ilә Ukrayna arasındakı gәrginliyi daha da artırdığını söylәyib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Dmitri Pekov Rusiya ilә Ukrayna arasında yaşanan gәrginliklә bağlı bәyanatlar verib.

Amerika Birlәşmiş Ştatları vә NATO-nun bu gәrginliyi artırdığını ifadә edәn Dmitri Peskov deyib: ‘‘Gәrginliyin ABŞ vә NATO-nun konkret addımları ilә artdığına diqqәt çәkmәk istәyirik''.

NATO-nun verdiyi bәyanatların dostçasına olmadığını vurğulayan Dmitri Peskov deyib ki, NATO şәrq cinahda hәrbi qüvvәlәrinin sayını artırdığını açıqlayıb. Bu addımlar gәrginliyin artmasına sәbәb olur. Bunlar Rusiyaya görə deyil, NATO ilә ABŞ-a görə və yaydıqları məlumatlara görə baş verir.

Ukraynanın Donbasdakı təmas xəttində hərbi mövcudluğunu gücləndirdiyini bildirən Dmitri Peskov deyib: "Bu, hücum üçün hazırlıq mәnasına gәlir. Həqiqətən də belə bir təhlükə var. Müdafiə və ya hücum üçün istifadə edilən hər bir silah Kiyevdəki qəzəbli insanları bu əməliyyata başlamağa sövq edir. Bu, bizi narahat edir. Təhdid var və bu tәhdid әvvәlkinә görә daha da artıb’’.

Dmitri Peskov vurğulayıb ki, NATO-ya üzv  ölkələr Kiyev rәhbәrliyinin Ukrayna mәsәlәsini güc yolu ilә hәll etmәk istiqamәtindәki addımlarının  qarşısını almalıdır.

2021-ci ilin dekabrında ABŞ və NATO-ya təhlükəsizlik təminatları ilə bağlı təkliflər də daxil olmaqla iki saziş layihəsi təqdim etdiklərini xatırladan Rusiya prezidentinin mәtbuat katibi Dmitri Peskov deyib: “Təhlükəsizliklә bağlı müzakirәlәri biz başlatdıq''

Xəbəri paylaş

VİDEOLAR