Peskov: Kiyevin Kremlə hücumunun arxasında Vaşinqton dayanır

Peskov: Kiyevin Kremlə hücumunun arxasında Vaşinqton dayanır

Ukrayna PUA-larının Kremlə hücumu hazırda araşdırılır.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Kremlə dron hücumuna reaksiyası sakit və yığcam olub.

"Moskva bilir ki, Kiyev zərbələr üçün həm vasitələri, həm də hədəfləri Vaşinqtonun diktəsi ilə seçir. Moskva Rusiya xüsusi xidmət orqanlarının məlumatlarına əsaslanaraq Kiyevin Kremlə hücumda əli olduğunu hesab edir. Kiyevin Kremlə hücumunun arxasında Vaşinqton dayanır, ABŞ-ın Kremlə dronlarla hücum olunmasını rədd etmək cəhdləri gülüncdür. Kremlə hücumda iştirak edən Vaşinqtonun münaqişədə belə birbaşa iştirakın təhlükəsini anlaması vacibdir", - deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb

Peskov onu da bildirib ki, Kremlə hücumdan sonra Senat sarayının günbəzində iki mis təbəqə yanıb, onlar dərhal dəyişdiriləcək.

Onun sözlərinə görə, Kreml Ukrayna PUA-larının Kremlə hücumuna cavab vermək üçün “müxtəlif” variantları nəzərdən keçirir: "Kremlə hücum edən PUA-ların dəqiq haradan buraxıldığı məlum deyil, bununla bağlı istintaq məşğul olacaq. Dronlarla insidentdən sonra Kremldə vəziyyət normaldır, hər kəs öz yerində işləyir. Bu insidentdən sonra Kremldə təhlükəsizlik sistemi daha da gücləndiriləcək. Dronların Kremlə hücumundan sonra xüsusi əməliyyatın məqsəd və vəzifələri dəyişmir".

RF prezidentinin sözçüsü dronların Kremlə hücumundan sonra Zelenskinin Rusiya Federasiyası üçün legitim hərbi hədəf elan edilməsi təklifini şərh etməyib.

Peskov Kremlə dron hücumundan sonra Putinin müraciəti və ya Rusiya Federasiyası Təhlükəsizlik Şurasının fövqəladə iclasınım keçirilməsinin planlaşdırılmadığını söyləyib. Bildirib ki, mayın 5-də Putin Təhlükəsizlik Şurası ilə ənənəvi operativ müşavirə keçirəcək, müşavirədə Kremlə PUA hücumu mövzusuna toxunula bilər

O, Putinin planlarında dronların Kremlə hücumundan sonra xarici liderlərlə təmaslar yoxdur, ən yaxın təmas Moskvada Qırğızıstan lideri ilə olacaq: "Kreml Qırğızıstan prezidentinin Moskvaya səfərini gözləyir, ona hazırlaşır".

Xəbəri paylaş

VİDEOLAR