Pentaqondan Quantanamo həbsxanası açıqlaması

Pentaqondan Quantanamo həbsxanası açıqlaması

Pentaqon Quantanamo həbsxanasının bağlanması zərurəti ilə razıdır, lakin bu vəziyyətdə milli təhlükəsizlik hədəflərinə zərər verməyəcək şəkildə hərəkət etməyin vacib olduğunu qeyd edir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Con Kirbi bildirib.

O deyib: "Müdafiə naziri [Loyd] Ostin prezident [Cozef] Baydenin Quantanamo həbsxanasını bağlamaq niyyətini dəstəkləyir və bu prosesdə ortaq olmağı planlaşdırır".

Daha əvvəl Ağ Ev Baydenin Quantanamo həbsxanasını bağlamaq planını təsdiqləyib. Amerikalılar tərəfindən 1903-cü ildən eyni adlı şəhərdən 15 km məsafədə, Kubanın Quantanamo körfəzində kirayəyə götürülən dəniz bazasında yerləşir. Xatırladaq ki, dəniz bazası ərazisində xüsusi həbsxana yaradılması qərarı Pentaqon tərəfindən prezident kiçik-Corc Buş administrasiyasının antiterror proqramı çərçivəsində qəbul edilib.

Xəbəri paylaş

VİDEOLAR