Pentaqondan Çinlə bağlı həyəcan təbili

Pentaqondan Çinlə bağlı həyəcan təbili

Çinin nüvə arsenalı yaxın 10 ildə azı 2 dəfə arta bilər.

Rasthaber xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hesabatında məlumat verilib.

Qeyd edilir ki, hazırda Çinin 200-dən bir qədər çox nüvə başlığının olduğu ehtimal edilir.

Artım isə Çinin öz nüvə qüvvələrini genişləndirmə və müasirləşdirməsi ilə bağlıdır.

Bildirilir ki, Çinin nüvə arsenalı təkcə say baxımından yox, həm də onu daşıma vasitələri baxımından da inkişaf edəcək.

Pentaqon ehtimal edir ki, 5 ildən sonra Çinin ehtiyatında ABŞ təhlükəsizliyi üçün təhdid olacaq 200 raket olacaq.

Xəbəri paylaş

VİDEOLAR