Bu barədə "Newsweek" jurnalı Pentaqonda olan mənbələrə istinadən bildirib.
ABŞ Silahlı Qüvvələrinin və hərbi hissələrin komandanlığı hazırkı prezident Donald Trampın 20 yanvarda seçilmiş dövlət başçısı Demokrat Cozef Baydenin andiçmə mərasimindən əvvəl hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı mümkün qərarın verməsi təqdirdə hərəkətlərin ssenarisini müzakirə edir.
Rasthaber Azərbaycan "Trend"ə istinadlı məlumatına görə, bu barədə "Newsweek" jurnalı Pentaqonda olan mənbələrə istinadən bildirib.
Bu mənbələrə görə, yuxarıda göstərilən müzakirələr Ağ Evdən və Amerika silahlı qüvvələrinin komandanlığında D.Tramp tərəfdarlarından gizli şəkildə aparılır. Mütəmadi qoşunların paytaxta göndərilməsi və inauqurasiya vaxtı və keçid dövrü üçün qaydanın təmin edilməsi barədə əmr verilməsi halda müəyyən addımlar üçün planlar hazırlanır.