Pentaqon: Suriyada gərginliyin artmasından narahat deyilik

Pentaqon: Suriyada gərginliyin artmasından narahat deyilik

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Vaşinqtonun Suriyada gərginliyin artmasından narahat olmadığını və bu ölkədəki əsgərlərini qorumaq üçün hər yola baş vurduğunu deyib.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder Ukrayna ordusunun bu ölkənin cənubunda yerləşən Xerson bölgəsində irəlilədiyini bildirdikdən sonra Zaporojye atom elektrik stansiyasının yaxınlığındakı gərginliklərə görə bütün tərəfləri elektrik stansiyasının təhlükəsizliyini təmin etməyə çağırıb.

O Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye AES-ə səfər etmək planı barədə belə deyib: “Biz bütün əlaqədar tərəflərdən MAQATE komandasının bu zavoda çıxışının olmasını təmin etmələrini xahiş edirik”.

Bu ölkənin cənubunda Ukrayna hərbçilərinin əks-hücumuna toxunan Pentaqonun sözçüsü ukraynalıların Xerson vilayətinə doğru irəlilədiklərindən məlumatlı olduqlarını və Ukraynanı Rusiyaya qarşı döyüşmək üçün kifayət qədər silahlandıracaqlarını deyib.

O həmçinin  son bir neçə gün əvvəl Suriyada yerləşdirilən Amerika hərbçiləri ilə müqavimət qrupları arasında baş verən atəşkəs ilə bağlı mövzuya toxunaraq deyib ki, “Biz Suriyada gərginliyin artmasından narahat deyilik və öz gücümüzü qorumaq üçün hər şeyi etməyə hazırıq.”

Xəbəri paylaş

VİDEOLAR