Pentaqon: Rusiya NATO-nun bütün üzv ölkələri üçün təhlükədir

Pentaqon: Rusiya NATO-nun bütün üzv ölkələri üçün təhlükədir

Rusiya NATO-nun bütün üzvləri üçün təhlükədir.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu keçirilən brifinqdə Pentaqonun rəsmi nümayəndəsi bildirib.

"Rusiya öz hədəflərinə çatmaq üçün hərbi gücü istifadə edir. Rusiya Birləşmiş Ştatlar da daxil olmaqla NATO-nun bütün tərəfdaşlarına aşkar təhlükədir", - deyə Pentaqondan bildirilib.

Qeyd olunur ki, Birləşmiş Ştatlar öz maraqlarını irəlilətmək və Moskvanı öz ağılsız və aqressiv hərəkətlərinə cavab verməyə məcbur etmək niyyətindədir.

"Biz Rusiyanın öz avtoritar yanaşması ilə təhlükəsizliyi və sabitliyi pozmaq cəhdlərini görürük. Biz bunu onun Çinlə əməkdaşlığında da görürük", - deyə Pentaqon rəsmisi bildirib.

Xəbəri paylaş

VİDEOLAR