Pentaqon İraqdakı hərbi bazalara hücuma cavab verməyə hazırdır

Pentaqon İraqdakı hərbi bazalara hücuma cavab verməyə hazırdır

Martın əvvəlində ABŞ-ın İraqın Ənbar vilayətində yerləşən Eyn əl-Əsəd bazasına raket zərbələri endirili

Rasthaber Azərbaycan "eastnews"a istinadən verdiyi xəbərə görə, ABŞ müdafiə naziri Loyd Ostin Vaşinqtonun İraqdakı bazalara hücum edənlərə cavab zərbəsi endirməyə hazır olduqlarını açıqlayıb. O bu barədə ABC televiziya kanalına müsahibəsində bildirib.  

Pentaqon başçısı ABŞ  hərbçilərinə qarşı edilən hücumların istintaqını davam etdirdiyini və Vaşinqtonun “simmetrik cavab” vermək hüququnu olduğunu qeyd edib.  

Xatırladaq ki, martın əvvəlində ABŞ-ın İraqın Ənbar vilayətində yerləşən Eyn əl-Əsəd bazasına raket zərbələri endirilib. Raket zərbələri nəticəsində hərbçilərdən ölən olmasa da bir nəfər mülki işçi ürək tutmasında ölüb.  

Qeyd edək ki, ABŞ hərbi bazasına ABŞ-ın İraq- Suriya sərhədində yerləşən “Həşd Şabi” qüvvələrinin mövqelərinə endirdiyi zərbələrdən sonra raketlər atılıb. 

Xəbəri paylaş

VİDEOLAR