Pentaqon başçısı: İraq hərbçilərinə təlimlərimiz davam etdiriləcək

Pentaqon başçısı: İraq hərbçilərinə təlimlərimiz davam etdiriləcək

ABŞ 2022-ci ildə öz səylərini İraq hərbçilərinin təlimi üzərində fokuslaycaq.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Bəhreyndə keçirilən “Manama dialoqu” konfransında bildirib.

O deyib ki, “ABŞ İraq tərəfinin dəvəti əsasında İraqdadır”.

Xatırladaq ki, ABŞ hərbçiləri 2003-cü ildə İraqı işğal etdiyi zamandan bəri İraqı tərk etmir. Ağ Evin işğalçılıq siyasəti milyonlarla dinc insanın ölümü, yaralanması və öz yurdlarından didərgin düşmənələrinə səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR