Qüdsdəki xristian icmasının mövcudiyyəti ektremist sionistlərin fəaliyyətinə görə təhlükə altındadır.
Az.rasthaber.com "The Sunday Times"-ə istinadən xəbər verir ki, belə ki, radikal yəhudilər xristian məbədlərinə qarşı vandalizm aktları törədirlər.
Bu barədə Qüds patriarxı III Feofil bildirib.
"Ektremist sionistlərə görə Qüdsün xristian icması ağır əziyyətlər çəkir. Bizim qardaşlarımız və bacılarımız nifrət zəminində törədilən cinayətlərin qurbanlarına çevrilirlər", - deyə o qeyd edib.
Onun sözlərinə görə, xristian məbədləri daimi şəkildə təhqir edilir və vandalizm aktlarına məruz qalır.
"Bizim ruhaniyyətimizi də tez-tez təhdid edirlər. Bu radikal qruplaşmaların məqsədi Qədimi şəhərdəki xristian icmasının "çırağını" söndürməkdir", - deyə o əlavə edib.
III Feofil deyib ki, yəhudi radikallar qeyri-qanuni müqavilələr vasitəsi ilə Yaff qapılarının yanındakı 2 böyük binanı ələ keçirməyə çalışır. Bu isə şəhərin xristian tarixinə mənfi təsir edəcək.
Patriarx qeyd edib ki, sözügedən qruplaşmaların fəaliyyətləri bütün xristianlar üçün faciə olacaq.
O əlavə edib ki, əsrlərdir burada yaşayan xristian ailələr öz evlərində özlərini "çağırılmamış qonaq" kimi hiss edəcəklər, xristian zəvvarların ziyarətgahlara çıxışı isə məhdudlaşacaq.