Keşiş onunla əllə görüşməyib
Ermənistanda, Dağlıq Qarabağdakı müharibənin bitməsinin 40-cı günündə (19 dekabr) tarixi etibariylə paytaxt İrəvanda həyatını itirən əsgərlər üçün üç günlük matəm elan edilib.
Azərbaycanın işğal altındakı torpaqları xilas etmək üçün başlatdığı Qarabağ əməliyyatından sonra ilk dəfə xalqla üz-üzə gələn Ermənistanın baş naziri Nikol Paşinyan "Müqəddəs Qriqor" kilsəsini ziyarət edib.
O həmin ziyarəti zamanı kilsəsinn keşişi ilə əl verib görüşmək istəsə də, keşiş ona qarşılıq verməyib.
Əksinə, kilsə qapılarını göstərərək ərazidən uzaqlaşmasını istəyib.
Paşinyan özünü müşayiət edən mühafizəçilərə "gedirik" deyərək kilsədən çıxıb.