Paşinyandan Azərbaycanla sülh sazişi barədə AÇIQLAMA

Paşinyandan Azərbaycanla sülh sazişi barədə AÇIQLAMA

Bakı ilə Yerevan arasında sülh sazişinin imzalanması hər zaman mümkündür və hər yeni gün bunun üçün “əla imkandır, fürsətdir”.

Az.rasthaber.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan hesab edir ki, Praqa və Brüsseldə tərəflər ümumi prinsipləri razılaşdırıblar, lakin hazırda bu prinsipləri kağız üzərində sabitləmək lazımdır. Onun sözlərinə görə, bu işi mümkün qədər tez başa çatdırmaq imkanını görür.

O qeyd edib ki, işlər tamamlanan kimi tərəflər imzalanmaya keçə biləcəklər: “Biz (Azərbaycanla) məkan, zaman və digər məsələləri əlavə müzakirə edəcəyik“.

Xəbəri paylaş

VİDEOLAR