Paşinyan istefaya gedə bilər, amma şərti var...

Paşinyan istefaya gedə bilər, amma şərti var...

Ermənistan rejiminin baş naziri Nikol Paşinyan bildirib ki, xalqın qərarı nəticəsində istefaya getməyə hazırdır

Rasthaber RT-a istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin baş naziri Nikol Paşinyan bildirib ki, xalqın qərarı nəticəsində istefaya getməyə hazırdır.

Onun sözlərinə görə, bunun üçün növbədənkənar parlament seçkiləri keçirmək lazımdır.

“Mən xalqın qərarı nəticəsində baş nazir vəzifəsindən getməyə hazıram. Baş nazir vəzifəsindən yalnız xalqın qərarı ilə gedə bilərəm”, – deyə o qeyd edib.

Paşinyan deyib ki, “xalqın etimadının bərpası halında bu çətin zamanlarda” Ermənistana rəhbərlik etməyə hazırdır.

“Bütün bu suallara cavab almağın yalnız bir yolu var – növbədənkənar parlament seçkilərinin keçirilməsi”, – deyə o əlavə edib.

O, “parlament və maraqlı qüvvələrə” növbədənkənar parlament seçkilərini 2021-ci ildə keçirməyi təklif edib.

Xəbəri paylaş

VİDEOLAR