Paşinyan hərbi vəziyyəti sərtləşdirdi: Məğlubiyyətdən danışanların ağzı yumulur

Paşinyan hərbi vəziyyəti sərtləşdirdi: Məğlubiyyətdən danışanların ağzı yumulur

Ermənistan hərbi vəziyyəti sərtləşdirərək əlavə məhdudiyyətlər edib

Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejimi hərbi vəziyyət rejimini sərtləşdirərək əlavə məhdudiyyətlər nəzərdə tutub.

Ermənistan Nazirlər Kabinetinin qərarına əsasən, Ermənistan və qondarma Dağlıq Qarabağ rejimlərinin müdafiə qabiliyyətlərini şübhə altına alan fəaliyyətləri dərc etmək olmaz.

Həmçinin tənqidedici və təkzibedici verilişlər və nəşrlər də qadağan edilib.

Tətbiq edilən qaydalara riayət edilməsi məsələsinə isə Ermənistan polisi nəzarət etməlidir. Polisə məlumat yayımının dayandırılması, çap təchizatı, radio və audio yayımlayıcı texnika, surət çıxaran aparatların müvəqqəti müsadirəsi və ya həbsi kimi səlahiyyətlər verilib.

Xatırladaq ki, Ermənistanda hərbi vəziyyət 27 sentyabrda elan edilib.

Xəbəri paylaş

VİDEOLAR