Paşinyan: Ermənistan KTMT-dən çıxacaq

Paşinyan: Ermənistan KTMT-dən çıxacaq

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

N.Paşinyan parlamentdə keçirilən hökumət saatında bildirib ki, təşkilatdan çıxacaqlar: “Bununla bağlı qərar verəcəyik”.

“Bəs siz nə fikirləşirsiniz? Növbəti addımımızın nə olacağını düşünürsüz? Fikirləşirsiniz ki, geri dönəcəyik? Xeyr, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq”, - o bildirib.

Xəbəri paylaş

VİDEOLAR